Sabiq MTN generalının müsadirə olunan mənzili satışa çıxarılıb
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, hazırda azadlıqdan məhrum edilən general-mayor Elçin Quliyevə məxsus müsadirə olunmuş mənzil satışa çıxarılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ulusum.az xəbər verir ki, sözügedən mənzil Bakı şəhəri Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşən yeni tikilidədir. Ümumi sahəsi 200 kvadratmetr olan mənzil ilkin olaraq 517.000 manata təklif edilsə də, qiymət sonradan 362.000 manata endirilib.
Qeyd edək ki, Elçin Quliyevə bu mənzil 2005-ci ildə dövlət tərəfindən verilib. Həmin dövrdə onun müavini olmuş polkovnik İlqar Əliyev də eyni binada mənzillə təmin olunub.
Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə saxlanılıb və 2017-ci ilin noyabrında külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib.
Eldar Mahmudov vəzifədən azad ediləndən sonra MTN-də baş verən olaylar fonunda Elçin Quliyev Nazirliyin Akademiyasına kafedra rəisi təyin edilmişdi.
Onun müavini İlqar Əliyev isə həbs olunub və daha sonra həbsdə ölüb. Məhz bundan sonra Elçin Quliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
