Avropa Parlamenti ilə sahibkarlar arasında "şnitzel" mübahisəsi: Tanış adlara qadağa gəlir?
Vegetarian “kolbasa” və “şnitzel” adlarına Aİ-dən qadağa – sahibkarlar narazıdır
Avropa Parlamenti ilə Avropada fəaliyyət göstərən iri qida istehsalçıları arasında bitki əsaslı məhsulların adlandırılması ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
Avropa Parlamenti ilə Avropada fəaliyyət göstərən iri qida istehsalçıları arasında bitki əsaslı məhsulların adlandırılması ilə bağlı ciddi fikir ayrılığı yaranıb.
Parlament “şnitzel”, “burger” və “kolbasa” kimi ət məhsullarına aid adların vegetarian və ya bitki əsaslı alternativlərə verilməsinə qadağa qoymaq istəyir.
Ulusum.az xəbər verir ki, Almaniyanın tanınmış Rügenwalder Mühle şirkəti və digər istehsalçılar bu qərara etiraz edərək bildiriblər: bu adlar uzun illərdir istehlakçılar üçün tanışdır və məhsul seçimini asanlaşdırır.
Onların fikrincə, bu qadağa satışlara mənfi təsir göstərə bilər — xüsusilə də Almaniyada, bitki əsaslı məhsullar üçün Avropanın ən böyük bazarında.
İstehlakçı təşkilatları da Avropa Parlamentinin təklifinə qarşı çıxıb. Belə qurumlar bu qərarın istehlakçını deyil, daha çox ət sənayesini qoruduğunu bildirirlər.
Avropa Parlamenti isə bildirir ki, bitki əsaslı məhsullar heyvan mənşəli analoqları ilə eyni qida dəyərinə malik deyil və fermerlərin illərlə yaratdığı brend imicindən sui-istifadə olunur. Yeni qaydanın əsas məqsədi fermerləri və ət sənayesini qorumaqdır.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
