Gədəbəylilərdən çıxan əfsanə: Gədəbəylı Viktor Ern
Bu gün, oktyabrın 21-i, Gədəbəyin yetirdiyi unudulmaz şəxsiyyətlərdən biri – alman əsilli, İkinci Dünya Müharibəsinin tanınmış sualtı donanma komandiri Viktor Ernin doğum günüdür.
1907-ci il məhz bu tarixdə Gədəbəydə dünyaya gələn Viktor Ern, sonradan Almaniyaya köçərək hərbi karyerası ilə adını tarixə yazdırıb.
O, Hitlerin sevimli zabitlərindən biri kimi U-37 sualtı qayığının komandiri olub və müharibə illərində rekord sayda, ümumilikdə 26 gəmini batıraraq, 24-nü isə zədələyib.
Qısa müddət ərzində qazandığı uğurlar onu alman donanmasının önəmli simasına çevirib. Viktor Ern “Dəmir xaç” ordeninə layiq görülüb və müharibədən sonra Almaniyada yüksək vəzifələrdə çalışıb. Tanınmış tarixçi Teodor Savas onu “Adı olmayan As” adlandırıb.
Qeyri-rəsmi məlumatlara görə, o, doğulduğu torpaq olan Gədəbəyi heç zaman unutmayıb və bir neçə dəfə rayona səfər edib.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
