Pezeşkian: Trampın Zelenskiyə davranışları insanı utandırır
Təhranda keçirilən bir tədbirdə çıxış edən İran prezidenti Məsud Pezeşkian, ABŞ Prezidenti Donald Trampın dünya siyasətindəki təzyiq və hədələrini sərt şəkildə tənqid edib.
“Ulusum”.az "Hurriyet" portalına istinadən xəbər verir ki, o, xüsusilə Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiy ilə olan münasibətlərinə diqqət çəkib. Pezeşkiyan bildirib ki, Trampın Zelenskiyə davranışları insanı utandırır, çünki o, həmişə təzyiq göstərərək digər ölkələri öz iradəsinə tabe etməyə çalışır.
Pezeşkiyan Trampın hədələyərək müzakirələrə çağırmasından da bəhs edib. Onun sözlərinə görə, Trampın yanaşması "Biz əmr edirik, siz bunu edəcəksiniz, yoxsa problem çıxararam" kimidir. Bu cür təzyiq və hədələrlə müzakirələrin məntiqi olmadığını qeyd edən Pezeşkiyan, hədələr qarşısında heç bir şəxs və ya dövlətin konstruktiv şəkildə münasibət qurmaq istəməyəcəyini vurğulayıb. O, Trampın belə davranışlarına qarşı sərt bir mövqe nümayiş etdirərək, "Hədələyirsinizsə, mən müzakirəyə gəlmirəm. Gedin və istədiyinizi edin", deyə bildirib.
Rəxşəndə İkramlı

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO