Rusiyanın iki bölgəsində "Telegram" bloklanıb
Rusiya Federasiyasının iki bölgəsində — Dağıstanda və Çeçenistanda — yerli hüquq-mühafizə orqanlarının tələbi ilə populyar Telegram mesajlaşma proqramı bloklanıb. Bu barədə Dağıstan Respublikasının Rəqəmsal İnkişaf naziri Yuri Qamzatov məlumat verib. “Ulusum”.az xəbər verir ki, onun sözləri TASS agentliyi tərəfindən yayımlanıb.
Buna görə də, 8 mart şənbə günü "Telegram", Şimali Qafqaz Federal Dairəsinin (ŞQFD) iki bölgəsində fəaliyyətini dayandırıb, deyə yerli idarə rəisi bildirib. O, gələcəkdə Dağıstanda və Çeçenistanda populyar mesajlaşma proqramından istifadə etməyin mümkün olacağını istisna etməyib, lakin bərpa olunma müddəti ilə bağlı konkret vaxt göstərməyib. "Bəlkə, gələcəkdə Telegram bərpa edilər", — deyə Qamzatov yekunlaşdırıb.
Bu qərarın əsas səbəbi kimi o, Telegramın "düşmənlər tərəfindən istifadəsini" göstərib. Onun sözlərinə görə, buna nümunə olaraq 2023-cü ilin oktyabr ayında Mahacqala hava limanında baş vermiş kütləvi iğtişaşlar göstərilə bilər. Qamzatov yerli sakinlərə internetdə ünsiyyət qurmaq üçün Telegrama alternativ variantlardan istifadə etməyi tövsiyə edib. "Yaxşı analoqlar var, məsələn, VK (VKontakte sosial şəbəkəsi)", — deyə o, əlavə edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?