Çində nikahların sayı son yarım əsrdə minimum səviyyəyə düşüb
2024-cü ildə Çində bağlanan nikahların sayı son 45 ilin minimumuna enib. “Ulusum”.az xəbər verir ki, Çin Xalq Respublikasının Mülki İşlər Nazirliyinin məlumatına görə, ötən il cəmi 6,1 milyon nikah bağlanıb ki, bu da 1980-ci ildən bəri ən aşağı göstəricidir. Həmin il 7,2 milyon cütlük ailə qurmuşdu.
2023-cü illə müqayisədə nikahların sayı 20,5% azalıb, boşanmaların sayı isə 1,1% artaraq 2,82 milyona çatıb. Müstəqil demoqraf He Yafu nikahların azalmasının doğum səviyyəsinin düşməsinə səbəb olacağını bildirib, çünki demək olar ki, bütün uşaqlar evli cütlüklərdən dünyaya gəlir.
Bununla belə, 2024-cü ildə son yeddi ildə ilk dəfə kiçik bir doğum artımı qeydə alınıb — yeni doğulan körpələrin sayı 9,02 milyondan 9,54 milyona yüksəlib. Bəzi ekspertlər bunu Çin təqviminə görə Əjdaha İli ilə əlaqələndirirlər. Əjdaha İli uğurlu sayıldığı üçün bəzi cütlüklər övladlarını 2024-cü ildə dünyaya gətirmək üçün ailə planlamasını təxirə salıblar.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib