Ermənistanda həbs edilən arxiyepiskoplar aclıq aksiyasına başladılar
Ermənistan Apostol Kilsəsinin həbsdə olan arxiyepiskopları — Bağrat Qalstanyan və Mikael Acapaxyan 5 iyulda Konstitusiya Günü ilə əlaqədar bir günlük aclıq aksiyası elan ediblər. Bu barədə Acapaxyanın vəkilləri tərəfindən yayılan bəyanatda deyilir.
“Bizə qarşı aparılan anti-konstitusion prosesləri pisləyərək, 5 iyul tarixində **bir günlük aclıq elan edirik,” – deyə bəyanatda vurğulanır.
Xatırladaq ki, 26 iyun tarixində Ermənistanda müxalifətçi “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Bağrat Qalstanyan saxlanılıb. İstintaq orqanları onun və tərəfdarlarının ölkədə terror aktları planlaşdıraraq hakimiyyəti ələ keçirməyə cəhd etdiklərini iddia edir.
Arxiyepiskop Acapaxyan isə ertəsi gün tutulub. Ona qarşı hakimiyyətin zorla devrilməsinə çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina və konstitusiya quruluşunun zorla dəyişdirilməsi kimi ağır ittihamlar irəli sürülüb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
BTS qrupu dörd ildən sonra səhnəyə qayıdır
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Ağstafa RİH başçısının növbəti səyyar qəbulu Aşağı Göycəli kəndində keçirilib