Tramp Xameneini ölümdən qurtardığını deyir

ABŞ Prezidenti Donald Tramp İranın Ali Lideri Ayətullah Əli Xameneini yalan danışmaqda ittiham edib və bəyan edib ki, onu ölümün bir addımlığından xilas edib:
“Müharibədən dağılmış bir ölkənin guya "Ali Lideri", Ayətullah Əli Xamenei necə bu qədər açıq və axmaqcasına İsraillə müharibədə qalib gəldiyini deyə bilər? Halbuki özü də bunun yalan olduğunu bilir. Mən bir dindar insan olaraq, deyirəm: yalan danışmaq olmaz.
Onun ölkəsi dağıldı, üç mühüm nüvə obyekti məhv edildi. Mən onun harada gizləndiyini dəqiq bilirdim, amma nə İsrailə, nə də dünyanın ən güclü ordusu olan ABŞ Silahlı Qüvvələrinə onu aradan qaldırmağa icazə vermədim. Onu çox alçaldıcı ölümdən qurtaran mən oldum!”
Tramp bildirib ki, müharibənin son mərhələsində İsrailin Tehrana doğru uçan təyyarələrini geri çağırmağı tələb edib:
“Ən güclü zərbə endiriləcəkdi və nəticələri böyük olacaqdı. Minlərlə iranlı həlak ola bilərdi. Mən isə bunu dayandırdım.”
Tramp əlavə edib ki, son günlərdə İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirdiklərini, lakin Xameneinin "nifrət və hiddət dolu" bəyanatından sonra bütün diplomatik cəhdləri dayandırdığını bildirib:
“İran beynəlxalq qaydalara qayıtmasa, vəziyyət onlar üçün daha da pis olacaq. Ölkələri yanır, iqtisadiyyatları çöküb, ordu məhv olub və hər yanda ölüm var. Ümid yoxdur. Və bu, yalnız başlanğıcdır.”
Ulusum.az

Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO