Ravvin Dov Lando deyir ki, Toranın gücü İsraili ordudan artıq qoruyur

Ultraortodoks yəhudi icmasının tanınmış liderlərindən biri olan Ravvin Dov Lando eşivələrdə Toranın öyrənilməsinin gücləndirilməsinə çağırış edib.
Ulusum.az-ın xarici mətbuata istinadən məlumatına görə, o bildirib ki, İsrailin təhlükəsizliyini hərbi güc yox, məhz mənəvi dayaq və Toraya bağlılıq təmin edir.
Ravvinin sözlərinə görə, İsrailin müharibələrdə qazandığı qələbələr və İranın təhdidlərinin dəf olunması yalnız fiziki müdafiə ilə izah oluna bilməz:
“Hazırkı vəziyyət son dərəcə gərgindir. Əgər ilahi müdaxilə olmasaydı, faciə ilə üz-üzə qala bilərdik. Raketlərin hədəfə çatmaması – bu, təsadüf deyil, yuxarıdan yönləndirilən bir müdafiədir.”
Ravvin Lando vurğulayıb ki, bu qorumanın əsas qəhrəmanları eşiva tələbələri, yəni Toranı öyrənənlərdir:
“Toplum uğuru ordunun adına yazır – ‘biz qalib gəldik’, ‘biz zərbə vurduq’ deyirlər. Amma gerçək qalxan – Toradır. O qoruyur, müdafiə edir.”
Ravvin əlavə edib ki, İran və ABŞ arasında artan gərginlik, o cümlədən qlobal münaqişə təhlükələri fonunda, Toranın öyrənilməsi təkcə İsraili deyil, dünyadakı bir çox ölkəni də ilahi qoruma altına ala bilər:
“Amerikanın məğlubiyyəti, Allah eləməsin, bizə də pis təsir edər. Tora təkcə Müqəddəs Torpaqları deyil, daha geniş coğrafiyanı qoruma gücünə malikdir.”
O, eyni zamanda İsrail cəmiyyətinin mənəvi vəziyyətinə də toxunub. Ravvinin fikrincə, ölkədə bəzi insanlar Tövratın qaydalarına əməl etməsə də, Toraya sadiq olanların sayəsində ölkə ilahi cəzalardan qorunur:
“Torpaq bizi hələ ki qovmur – çünki Toranı yaşadanlar var. Təəssüf ki, bəzi insanlar bu dərmanı – Toranı – sanki dənizə atmaq istəyirlər.”

Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO