Mossad casusu edam edildi – İran Fikrini bağışlamadı
İran İsrail kəşfiyyat xidməti Mossad üçün casusluqda ittiham olunan İsmayıl Fikrini edam edib. Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, o, 2023-cü ilin dekabrında həbs olunmuşdu. İstintaq nəticəsində Fikrinin İsrail kəşfiyyatına strateji obyektlər və hərbi personal haqqında məxfi məlumatları ötürməyə cəhd etdiyi müəyyən edilib. Bu məlumatların qarşılığında o, maddi mükafat alacaqdı.
Agentlik yazır:
“Əldə olunan sənədlərə əsasən, siyonist rejimin xüsusi xidmət orqanları ilə əlaqə saxlayan İsmayıl Fikri gizli obyektlər, qərargahlar, bəzi şəxslər və təşkilati tapşırıqlarla bağlı məlumatları ələ keçirməyə çalışıb.”
Onun Mossadın iki zabiti ilə yazışmaları, həmçinin elektron cihazlarında casusluq izləri aşkarlandıqdan sonra, Fikri "dövlətə qarşı müharibə aparmaq və yer üzündə fəsad törətmək" ittihamı ilə günahkar bilinib.
İranın Ali Məhkəməsi ölüm hökmünü təsdiqləyib və 16 iyun səhəri edam hökmü dar ağacında icra olunub.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər