MI-6-da tarix yazıldı: İlk qadın rəhbər — Blez Metreveli!
Böyük Britaniyanın xüsusi xidmət orqanlarının karyeralı əməkdaşı Blez Metreveli bu payızdan etibarən ölkənin Xarici Kəşfiyyat Xidmətinə — MI-6-ya rəhbərlik edəcək və bu posta təyin olunan ilk qadın olacaq.
Bu barədə Böyük Britaniya baş naziri Kir Starmerin kancellariyasının bəyanatına istinadən TASS məlumat yayıb.
Qeyd olunur ki, hazırda MI-6-nın texnologiyalar departamentinə rəhbərlik edən 47 yaşlı Metreveli 1999-cu ildən kəşfiyyat xidmətində çalışır. O, karyerasının böyük hissəsini Yaxın Şərq və Avropada operativ fəaliyyətlə məşğul olaraq keçirib. Metreveli 2020-ci ilin oktyabrından bəri MI-6-ya rəhbərlik edən Riçard Muru əvəz edəcək.
“Blez Metrevelinin bu tarixi təyinatı elə bir vaxta təsadüf edir ki, kəşfiyyat xidmətlərinin fəaliyyəti hər zamankından daha vacibdir. Birləşmiş Krallıq görünməmiş miqyasda təhdidlərlə üz-üzədir — istər sularımıza casus gəmilərini göndərən aqressorlar, istərsə də ictimai xidmətlərin fəaliyyətini pozmağa yönəlmiş mürəkkəb kiberhücumlar həyata keçirən hakerlər olsun”, — deyə Starmer bildirib.
Metreveli MI-6-nın 1909-cu ildən bu günə qədər fəaliyyət göstərən tarixində 18-ci rəhbər olacaq. Douninq-strit 10 nömrəli ofisdən bildirilib ki, Metreveli Kembric Universitetində antropologiya ixtisası üzrə təhsil alıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər