“Tanrının influenseri” Karlo Akutis XXI əsrin ilk müqəddəsi elan edilir
Leykozdan vəfat edən italyan yeniyetmə Karlo Akutis müqəddəslər sırasına daxil ediləcək. CNN xəbər verir ki, o, XXI əsrdə yaşamış ilk müqəddəs olacaq. Roma Papası Karlo Akutisin kanonizasiya mərasiməsinin 2025-ci il sentyabrın 7-də keçiriləcəyini elan edib.
Karlo Akutis 2006-cı ildə 15 yaşında leykozdan vəfat edib. Hələ həyatda olarkən o, möcüzələrin sənədləşdirilməsinə həsr olunmuş bir vebsayt yaratmış və dindarlığı sayəsində gənc katoliklər arasında məşhurluq qazanmışdı. O, qeyri-rəsmi olaraq “Tanrının influenseri” adlandırılır.
Katolik qaydalarına görə, müqəddəs elan olunmaq üçün namizədin duası ilə baş vermiş iki möcüzənin tanınması tələb olunur. Akutis halında bu möcüzələr — anadangəlmə xəstəliyi olan braziliyalı bir oğlan uşağının sağalması və başından ağır xəsarət almış bir qızın möcüzəvi şəkildə sağalması kimi qeydə alınıb.
Akutislə yanaşı, sentyabr ayında 1925-ci ildə 24 yaşında vəfat etmiş Pyer Corco Frassatti də müqəddəslər sırasına daxil ediləcək.
Eyni zamanda, Papa Fransiskin ölümündən sonra katolik dünyasında onun da müqəddəs elan olunması ilə bağlı fikirlər səsləndirilməyə başlanıb. Vatikan üzrə ekspert Aleksey Yudin qeyd edir ki, Fransiskin sadə həyat tərzi və papa hakimiyyətinin klassik atributlarından imtina etməsi bir çox inanclı insanın rəğbətini qazanıb. Onun sözlərinə görə, bu qeyri-adi həyat tərzi zamanla xalq arasında müqəddəslik şöhrətinin əsasına çevrilə bilər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN