Sülh yoxsa müharibə? Nüvə danışıqları çökərsə, İsrail hücuma keçəcək
İran, ABŞ-ın təqdim etdiyi və “qəbulolunmaz” adlandırdığı nüvə sazişi təklifinə cavab olaraq yaxın günlərdə öz alternativ təklifini təqdim edəcəyini bildirib. ABŞ Prezidenti Donald Tramp isə danışıqların davam edəcəyini açıqlayıb.
Tərəflər arasında əsas mübahisə mövzusu uranın zənginləşdirilməsi hüququdur. Tramp deyib: “Onlar sahib olduqlarından imtina etmək istəmirlər. Uran zənginləşdirmək hüququ tələb edirlər. Biz isə buna icazə verə bilmərik.”
Eyni zamanda İsrail, danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə İrana qarşı hərbi əməliyyata hazırlaşır. İran isə mümkün hücuma qarşı müdafiə tədbirlərini gücləndirir.
İsrail daha əvvəl də bəyan etmişdi ki, əgər ABŞ-İran nüvə danışıqları uğursuz olarsa, İranın nüvə obyektlərinə genişmiqyaslı hücum həyata keçirəcək.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, ABŞ-ın may ayında təqdim etdiyi təklifə qarşı alternativ hazırlayıblar və bu təklif “məntiqli, balanslı və real” olacaq.
DANIŞIQLAR DAVAM EDƏCƏK
Bekayi danışıqların növbəti mərhələsinin dəqiq vaxtının bəlli olmadığını desə də, ABŞ Prezidenti Tramp onların cümə axşamı davam edəcəyini bildirib. Lakin İranlı və amerikalı yüksək vəzifəli şəxslər həmin tarixə şübhə ilə yanaşıblar.
İran tərəfi görüşlərin bazar günü Omanın paytaxtı Məskətdə keçirilməsinin planlaşdırıldığını açıqlayıb. ABŞ tərəfi isə danışıqların cümə və ya bazar günü, Maskat və ya Osloda baş tuta biləcəyini bildirib.
İran tərəfi həmçinin bəyan edib ki, sanksiyalar ləğv olunmazdan əvvəl bank və ticarət əlaqələrinin normallaşacağına dair zəmanət verilməlidir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 11:00
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Portağallı Acı Şokoladlı Trüfellər