29-05-2025, 20:30 0 Cəmiyyət / Dünya

Sinvar məhv edildi – Netanyahu HƏMAS-ın sonunu elan etdi

Sinvar məhv edildi – Netanyahu HƏMAS-ın sonunu elan etdi
İsrailin Baş naziri Benyamin Netanyahu gərgin Knesset çıxışında sensasion açıqlama verib. O, Qəzza zolağında HƏMAS-ın regional lideri Məhəmməd Sinvarın İsrail ordusu tərəfindən məhv edildiyini bəyan edib.

“Biz HƏMAS-ın idarəçilik damarını kəsdik. Məhəmməd Sinvar artıq yoxdur”, – deyə Netanyahu bildirib. Onun sözlərinə görə, bu əməliyyat Qəzza əməliyyatlarında dönüş nöqtəsidir.

Qeyd edək ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan Yunisdə Avropa Xəstəxanasının altında yerləşən yeraltı qərargahı hədəfə alıb. Sinvarın məhz həmin qərargahda olduğu və zərbə nəticəsində məhv edildiyi bildirilib.

Ulusum.az

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.