Bu gün Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 145-ci ildönümü tamam olur
Bu il Azərbaycanın ilk peşəkar karikaturaçısı və qrafik sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 145 illiyi qeyd olunur.
“Qurban bayramı”(1931)
Öz dövrünün ictimai-sosial reallıqlarını sənət dili ilə ustalıqla ifadə edən rəssam, karikatura janrını Azərbaycanda formalaşdıran sənətkarlardan biri kimi tarixə düşüb.

“Nəsiminin edamı”(1938)

Rəssamlığımızın Sabiri
Rəssamlıq təhsili almadan öz istedadı və müşahidə qabiliyyəti ilə sənətdə iz qoyan Əzimzadənin yaradıcılığı satira, sosial tənqid və xalq məişətinə əsaslanırdı.

“Xoruz döyüşü” (1915)
“Molla Nəsrəddin” jurnalındakı illüstrasiyaları ilə geniş tanınan rəssamın “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Su üstündə dava” kimi əsərlərində cəmiyyətin ağrılı nöqtələrinə toxunması onun sənətini daha da dəyərli edib.

O, həmçinin Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikasının təməlini qoyub.

“Varlı evində ramazan”(1932)
Geyim və dekorasiya eskizləri isə teatr sahəsində vizual ifadə imkanlarını genişləndirmişdir.

“Yoxsulların toyu”(1931)
Ə.Əzimzadənin irsi bu gün də aktualdır və onun adına Bakı Rəssamlıq Texnikumu, küçə və ev muzeyi mövcuddur. Yaşadığı dövrün aynası olan əsərləri ilə o, Azərbaycan təsviri sənət tarixində silinməz iz buraxıb.
Ulusum.az
“Qurban bayramı”(1931) Öz dövrünün ictimai-sosial reallıqlarını sənət dili ilə ustalıqla ifadə edən rəssam, karikatura janrını Azərbaycanda formalaşdıran sənətkarlardan biri kimi tarixə düşüb.

“Nəsiminin edamı”(1938)

Rəssamlığımızın Sabiri
Rəssamlıq təhsili almadan öz istedadı və müşahidə qabiliyyəti ilə sənətdə iz qoyan Əzimzadənin yaradıcılığı satira, sosial tənqid və xalq məişətinə əsaslanırdı.

“Xoruz döyüşü” (1915)
“Molla Nəsrəddin” jurnalındakı illüstrasiyaları ilə geniş tanınan rəssamın “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Su üstündə dava” kimi əsərlərində cəmiyyətin ağrılı nöqtələrinə toxunması onun sənətini daha da dəyərli edib.

O, həmçinin Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsərinə çəkdiyi illüstrasiyalarla Azərbaycan kitab qrafikasının təməlini qoyub.

“Varlı evində ramazan”(1932)
Geyim və dekorasiya eskizləri isə teatr sahəsində vizual ifadə imkanlarını genişləndirmişdir.

“Yoxsulların toyu”(1931)
Ə.Əzimzadənin irsi bu gün də aktualdır və onun adına Bakı Rəssamlıq Texnikumu, küçə və ev muzeyi mövcuddur. Yaşadığı dövrün aynası olan əsərləri ilə o, Azərbaycan təsviri sənət tarixində silinməz iz buraxıb.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu
