Vatikan sülh gətirə bilərmi? Rusiya və Ukrayna yeni danışıqlara hazırlaşır
İyunun ortalarında Vatikan şəhərində Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə ikinci danışıqlar raundu keçirilə bilər. Bu barədə ABŞ-ın The Wall Street Journal qəzeti mənbələrə istinadla məlumat verib.
Qəzetin məlumatına görə, danışıqlarda ABŞ dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etməyi planlaşdırır. Qrupun tərkibinə həmçinin prezidentin Rusiya və Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kellog daxil olacaq.
Birinci danışıqlar raundu 16 mayda İstanbulda keçirilib və 2022-ci ildən bəri nümayəndə heyətlərinin ilk üz-üzə görüşü olub. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Moskva müzakirələrin nəticələrindən “razıdır”.
Sky News mənbəsinə görə, Moskvanın atəşkəs üçün tələblərindən biri Ukrayna qoşunlarının Rusiya ərazisindən çıxarılmasıdır. Ukrayna nümayəndə heyəti dövlət liderlərinin birbaşa danışıqlarını tələb edib, Rusiya tərəfi isə bu tələbı “qəbul edib”.
Tərəflər həmçinin 1000-ə 1000 əsir mübadiləsi həyata keçirmək barədə razılığa gəliblər.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu