“Azeri Jazz Novels” konserti Rafiq Babayevin xatirəsinə həsr olundu

Bakıda Azərbaycanın Xalq artisti Rafiq Babayevin xatirəsinə həsr olunmuş “Azeri jazz novels” konserti keçirilib. Tədbir “Azeri jazz” və Rafiq Babayevin ailəsinin dəstəyi ilə iTicket tərəfindən təşkil olunub.
Tədbir Bakı Musiqi Akademiyasının Opera Studiyasının Konsert zalında tam anşlaqla keçib və ölkəmizdə caz musiqisinin ən parlaq nümayəndələrini bir araya toplayıb.
Səhnədə müxtəlif caz musiqiçiləri, o cümlədən onun caz vokal və instrumental kontrpunkt sahəsindəki eksperimentlərindən bu və ya digər dərəcədə təsirlənmiş müxtəlif caz musiqiçiləri melodiyalar səsləndirib.
“Azeri jazz novels” sadəcə bir musiqi hadisəsi deyildi. Bu, Maestronun musiqi irsinə hörmət, sənətə səmimi məhəbbət və onun musiqisinin sehri ilə çatdırılan xatirələr idi. Qeyri-ixtiyari hiss olunan dözülməz itki acısı, mühüm, gizli, lakin dünya miqyasında rəğbət qazanmış Azərbaycan cazının inkişafına mühüm təsir göstərə bilmiş nəyinsə qeyri-davamlılığı və tam ifadə olunmaması hissi ilə...
Konsertdə elan olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü, Fondun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun dəstəyi ilə Rafiq Babayevin xatirəsinə həsr olunmuş layihə həyata keçiriləcək, layihə çərçivəsində caz ansamblları və böyük qruplar üçün fortepiano partituralarının, onun məktublarının və səs yazılarından ibarət kitab nəşr ediləcək. Bundan əlavə, Azərbaycan və xarici arxivlərdən istifadə etməklə böyük tədqiqat işi aparılacaq. (azərtac)
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 15:16
Ulusumun Mətbəxində: Badamburanın Ətri
Mətbəx
Dünən, 10:30
Toyuqlu Makaron
Mətbəx
Dünən, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
1-10-2025, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO