Ukraynaya 1 milyard avroluq yardım: Brüsseldən Qələbə Günündə simvolik dəstək
Avropa Komissiyası 8 may cümə axşamı Ukraynaya Makromaliyyə Yardımı (MFY) çərçivəsində istisna kreditin dördüncü tranşını – 1 milyard avro məbləğində – ayırıb. Avropa Komissiyasının mətbuat açıqlamasında bu vəsaitin Ukraynanın İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə və Anım Günü ilə eyni günə təsadüf etməsinin simvolik məna daşıdığı vurğulanıb.
İlin əvvəlindən Avropa İttifaqı "Böyük Yeddilik" (G7) tərəfindən idarə olunan ERA (Extraordinary Revenue Acceleration) təcili kredit proqramı çərçivəsində Ukraynaya artıq 6 milyard avro maliyyə ayırıb. Nəticədə Avropanın bu proqramdakı ümumi payının 18,1 milyard avroya çatacağı planlaşdırılır.
Martda keçirilmiş Xüsusi Aİ Sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan etmişdi ki, lazım gələrsə, Aİ bu təşəbbüsdəki payını vaxtından əvvəl artırmağa hazırdır. Onun sözlərinə görə, Brüssel bu məsələdə Kiyevlə sıx təmasdadır.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq