Vuçiç bütün çətinliklərə baxmayaraq Moskvaya gəlib
Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 9 May Qələbə Paradında iştirak etmək üçün Moskvaya gəlib. Bu barədə “RIA Novosti” məlumat yayıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, 9 may tarixində keçiriləcək görüşdə Putin və Vuçiç iki ölkə arasında münasibətləri və Balkanlarda vəziyyəti müzakirə edəcəklər.
Xatırladaq ki, mayın 6-da axşam saatlarında Latviya və Litva Vuçiçin təyyarəsi üçün öz hava məkanlarını bağladı. “Veçerne novosti” qəzeti yazır ki, Riqada və Vilnüsdə bu qərarı Serbiya Prezidentinin Moskvaya səfərinin "siyasi həssaslığı" ilə izah ediblər. Qadağanın nə qədər davam edəcəyi isə hələ açıqlanmayıb.
9 mayda Moskvada Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş paradda 29 ölkənin lideri iştirak edəcək.
Tədbirə Çin Prezidenti Si Cinpin, Braziliya Prezidenti Lula da Silva, Serbiya Prezidenti Vuçiç, Slovakiyanın Baş naziri Robert Fitso və keçmiş SSRİ respublikalarının rəhbərləri qatılacaqlar. Bundan başqa, ABŞ, İsrail, Ermənistan və Monqolustandan olan veteranlar da paradda iştirak edəcəklər.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 13:00
Şirniyyata olan həvəsi azaldan QİDALAR
Sağlamlıq
Dünən, 10:00
Aç olduğumuzda niyə daha əsəbi oluruq?
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi