Mədəniyyət naziri "Azdrama"nın kollektivi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.
Nazirlikdən bildirilib ki, kollektivi salamlayan nazir Akademik Milli Dram Teatrını özünəməxsus sənət ənənələri olan mədəniyyət ocağı kimi səciyyləndirib. Bildirib ki, bu teatrda zaman-zaman görkəmli səhnə xadimləri çalışıb və onların bir çoxu özünün sənət məktəbini yaratmağa müvəffəq olub.
Qeyd olunub ki, teatrın repertuarında Azərbaycan və dünya kilassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də əsərlərinə yer verilir. Vurğulanıb ki, Milli Dram Teatrı ölkəmizin müxtəlif bölgələrinə qastrol səfərlərinə gedərək maraqlı səhnə əsərləri ilə yerli sənətsevərlərin zövqünü zənginləşdirir. Kollektiv eyni zamanda xaricdə də milli teatr sənətimizi layiqincə təmsil edir.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət sahəsinin inkişafına davamlı diqqət və qayğı göstərdiyini deyib. Vurğulayıb ki, Bakı şəhərində və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.
Teatrın rəhbərliyi səmimi görüşə görə nazirə təşəkkür edib. Həmçinin sənət ocağının fəaliyyəti və repertuar siyasəti, gələcək planları barədə məlumat verilib. Çıxışlar zamanı teatrın yaradıcılıq fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, əməkdaşların sualları cavablandırılıb.
Sonda nazir Adil Kərimli kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 15:16
Ulusumun Mətbəxində: Badamburanın Ətri
Mətbəx
Dünən, 10:30
Toyuqlu Makaron
Mətbəx
Dünən, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
1-10-2025, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO