10-dan çox Çin gəmisi Tayvana yaxınlaşır
Çin Xalq Respublikası, Tayvan sahillərində "milli suverenliyin qorunması" məqsədilə genişmiqyaslı hərbi təlimlərə başlayıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə Xinhua agentliyi, Çin Xalq Azadlıq Ordusunun (XPAO) açıqlamasına istinad edərək məlumat yayıb. Təlimlərə quruda, raket qüvvələri, dəniz və hava qüvvələri daxil olmaqla müxtəlif hərbi bölmələr qatılır.
XPAO-nun nümayəndəsi Şi İ, təlimlərin "separatçılara ciddi xəbərdarlıq" olduğunu və ölkənin birliyinin qorunması üçün "zəruri bir addım" təşkil etdiyini bildirib.
Reuters-in verdiyi məlumata görə, 10-dan çox Çin gəmisinin Tayvana yaxınlaşdığı bildirilib. Tayvan tərəfi buna cavab olaraq öz hərbi gəmilərini bölgəyə göndərib, lakin hər hansı bir döyüş atəşi qeydə alınmayıb.
Təlimlər, ABŞ Müdafiə Naziri Pit Hegsetin Yaponiyaya və Filippinlərə səfərindən dərhal sonra baş verib. Bu vəziyyət fonunda, The Washington Post qəzeti xəbər verib ki, Pentaqon artıq Çin'i əsas təhdid və prioritet olaraq qəbul edir, əsas məqsəd isə Tayvanın mümkün işğalının qarşısını almaqdır.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir