ABŞ Ukraynada nizamlanma üzrə danışıqlara başladığını elan edib

"Rusiya və ABŞ Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlayır".
“Ulusum”.az-ın məlumatina görə, bunu Ağ Evin mətbuat katibi Caroline Leavitt sosial şəbəkədə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında martın 18-də telefon danışığından sonra bildirib. Onların Yaxın Şərqdən başlayacağı dəqiqləşib.
Bəyanatda deyilir ki, bu danışıqlar dərhal Yaxın Şərqdə başlayacaq.
Amerika tərəfinin bildirdiyinə görə, prezidentlər sülhə doğru hərəkatın enerji və infrastruktur obyektlərinə zərbələrin dayandırılması, həmçinin “Qara dənizdə atəşkəs, tam atəşkəs və davamlı sülh əldə edilməsi üzrə texniki danışıqlar” ilə başlayacağı barədə razılığa gəliblər.
Rusiya tərəfinin məlumatına görə, prezident Putin Trampa Ukrayna nizamlanmasında Kiyevin danışıqlar apara bilməməsi ilə bağlı riskləri qeyd edib. Rusiya dövlətinin başçısı Kiyevi daim razılaşmaları pozmaqda ittiham edib.
Rusiya lideri, həmçinin amerikalı həmkarına təsdiqləyib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində mühasirəyə alınmış əsgərlərinə təslim olduqları təqdirdə həyat və layiqli rəftar zəmanəti verilir. Eyni zamanda, Putin Ağ Ev sahibinin diqqətini Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında törətdiyi vəhşi cinayətlərə cəlb edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 15:16
Ulusumun Mətbəxində: Badamburanın Ətri
Mətbəx
Bu gün, 10:30
Toyuqlu Makaron
Mətbəx
Bu gün, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO