Xəyanət edənlər boşananda təzminat ödəyəcək?

Azərbaycan Respublikasının qanunvericiliyi boşanma və digər ailə məsələlərinə yanaşma baxımından bəzi xarici ölkələrin təcrübəsindən fərqlənir. Son illər sosial məsələlər üzrə aparılan təhlillər, artan boşanma halları arasında əsas səbəb kimi xəyanət ön plana çəkilir.
Bir çox cütlük, əlaqələrində qarşılıqlı etimadın pozulması və xəyanət nəticəsində münasibətlərini bitirmək qərarına gəlir. Bəzi xarici ölkələrdə, xüsusilə Avropa və ABŞ kimi inkişaf etmiş bəzi dövlətlərdə, xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Belə ölkələrdə xəyanət, tərəflər arasında etimadın pozulması və psixoloji zərərin yaranması kimi əsas səbəblərdən biri olaraq qəbul edilir və müvafiq hüquqi müstəvidə təzminat ödənilməsi tələb oluna bilər. Bu ölkələrdə, xəyanət yalnız boşanma səbəbi olmaqla qalmır, həm də mənəvi zərərin qarşılanması məsələsini gündəmə gətirir. Lakin Azərbaycan qanunvericiliyində bu məsələ fərqlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, boşanma hallarında, tərəflərin arasında yaranan münasibətlərin pozulmasında xəyanət kimi amillər hüquqi baxımdan nəzərə alınmır. Xəyanət, hüquqi müstəvidə boşanma səbəbi olsa da, bunun əsasında mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmək mümkün deyil. Məhkəmələr, boşanma proseslərində tərəflərin davranışlarını yalnız hüquqi aspektdən qiymətləndirir və şəxsi münasibətlərindəki xəyanətə görə hansısa təzminat ödənilməsi məsələsinə baxmır.
Bəs bu təcrübə ümumiyyətlə ölkəmizdə tətbiq edilə bilər?
“Ulusum”.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Anar Qasımlı bildirib ki, qanunvericilikdə boşanmalar ilə bağlı boşluqlar var.
“Məsələn qardaş ölkə Türkiyəyə nəzər saldıqda görürük ki, bu proses necə çətin həyata keçir. Boşanma üçün əsaslı səbəblər, dəlillər, sənədlər təqdim edilməlidir.
Bizdə isə şəxsin boşanmasının həyata keçməsi üçün sadəcə "boşanmaq istəyirəm" sözü kifayət edir. Düşünürəm ki, qanunvericilikdə ailə institunun qorunmasına görə müxtəlif ölkələrin təcrübələrini tətbiq etmək lazımdır. Dərin təhlillər, müvafiq dəyişikliklər aparılmaqla müəyyən praktika formalaşdırmaq mümkündür",- deyə o fikrini yekunlaşdırıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Hadisə
Dünən, 20:46
Faciəvi qəza: Elbrusda kanat trosu qopdu
Siyasət
Dünən, 20:21
Moskvadan Bakı və İrəvana təklif
Dünya
Dünən, 19:00
Qəfil səfər: Harri Ukraynada bərpa planları ilə
Maraqlı
Dünən, 17:30
Parfüm seçərkən "burun sizi aldatmır"
Maraqlı
Dünən, 17:00
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?
Mətbəx
Dünən, 16:30
“Pikant” alma acıkası – qış üçün möhtəşəm hazırlıq
Sağlamlıq
Dünən, 16:00
Şəkər asılılığından necə qurtulmaq olar?
Dünya
Dünən, 15:30
Polşa Belarusla sərhədini bağladı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?