27-12-2024, 11:42 0 Cəmiyyət

Ukrayna Silahlı Qüvvələrinin KXDR-dən olan hərbçini əsir götürüb

Ukrayna Silahlı Qüvvələrinin KXDR-dən olan hərbçini əsir götürüb
Cənubi Koreya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin KXDR-dən olan hərbçini əsir götürdüyünü bildirib. Ulusum.az xəbər verir ki, bu barədə Yonhap agentliyi xəbər yayıb.

AFP-nin Cənubi Koreya kəşfiyyatındakı mənbəsi bildirib ki, Şimali Koreya əsgərinin tam olaraq harada əsir götürüldüyü barədə hələlik məlumat yoxdur.

Dekabrın 26-da Ukrayna mediası və teleqram kanalları Kursk vilayətində əsir düşdüyü iddia edilən ilk Şimali Koreya əsgərinin şəklini yayıb. Rəsmi olaraq Ukrayna hakimiyyəti və Ukrayna Silahlı Qüvvələri bu məlumatı təsdiqləməyib.

Eltun Məmmədov
Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin:
-->