Tokio demoqrafik böhranla mübarizə üçün 4 günlük iş həftəsi tətbiq edir
Tokio demoqrafik böhranla mübarizə üçün 4 günlük iş həftəsi tətbiq edir.
2025-ci ilin aprelindən başlayaraq Tokioda təcrübə başlayacaq: yerli hökumət işçilərindən həftədə beş gün əvəzinə dörd gün işləmək istəniləcək. Bu addım demoqrafik problemin həllinə yönəlib - ölkədə doğum səviyyəsi kəskin şəkildə aşağı düşür, əhali isə sürətlə qocalır.
Tokio qubernatoru deyib: "Yeni siyasət valideynlərin gündə iki saat daha az işləmək imkanını da əhatə edir ki, onların uşaqları üçün daha çox vaxt olsun. Biz elə bir mühit yaratmaq istəyirik ki, uşaq sahibi olmaq qadının karyerasının sonu demək olmasın", deyə Yuriko Koike bildirib.
Dördgünlük iş həftəsi artıq digər ölkələrdə müsbət nəticələr verib. Tədqiqat göstərib ki, daha az işləyən kişilər uşaqlara kömək etmək üçün 22%, ev işləri ilə isə 23% daha çox məşğul olurlar. Mütəxəssislərin fikrincə, bu yanaşma həyat keyfiyyətini yaxşılaşdırır və stress səviyyəsini azaldır ki, bu da məhsuldarlığa müsbət təsir göstərir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
General-mayor Azad Abdullayev yüksək vəzifəyə təyin edildi
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Qazax qəzası: suallar çoxdur…
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA