Almaniyada məscidlərdən birində 13 yaşlı qızlar üçün “evliliyə hazırlıq” kursları təşkil olunub
Almaniyanın Mannheim şəhərindəki məscidlərdən birində 13 yaşlı qızlar üçün “evliliyə hazırlıq” kursları təşkil olunub.
Bild xəbər verir ki, təşkilatçı yerli İslam İşçiləri Assosiasiyası olub. Kurs ən çox miqrantların yaşadığı Neckarstadt rayonundakı Ömər Əl-Faruq İslam Mərkəzində keçirilib. Məscid nümayəndələrinin sözlərinə görə, tədbirin adı zəif yazılıb və düzgün başa düşülməyib.
“Qızımın indi beş yaşı var. Mən onun böyük yaşda ailə qurmasına üstünlük verərdim. Tədbirin adının fərqli təəssürat yaratması qətiyyən təəssüfləndiyimiz səhv idi”, - deyə məscidin sözçüsü Xəlil Xəlil bildirib.
Onun sözlərinə görə, seminarlar iştirakçıların özünə hörmətinin artırılmasına, o cümlədən münasibətlərdə bərabərlik mövzularına yönəlib. O əlavə edib ki, kurslarda yetkinlik yaşına çatmayanlarla nikahın qadağan olunması ilə bağlı da dərslər keçirilir. Təşkilatçılar vurğuladılar ki, onların məscidində 18 yaşına çatmamış qızlarla nikaha icazə verilmir.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
General-mayor Azad Abdullayev yüksək vəzifəyə təyin edildi
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA