Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısı olublar
Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük idxalçısı oldular. Bu barədə The Times of India qəzeti mənbələrə istinadən yazır.
Məlumata görə, Hindistanın dövlət və özəl şirkətləri 100-ə yaxın ölkəyə geniş çeşiddə silah, sursat və komponentlər ixrac edir. Son bir ildə satışlar 2,6 milyard dollar təşkil edib.
Nəşrin yazdığına görə, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də geniş çeşiddə sursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb. Ermənistan Hindistan istehsalı olan “Akaş” hava hücumundan müdafiə raketlərinin ilk xarici alıcısı olub.
ABŞ-a ixrac əsasən qlobal təchizat zəncirlərinin və kompensasiya öhdəliklərinin bir hissəsi kimi Hindistandan təyyarə və helikopterlərin gövdəsi, qanadları və digər hissələrini alan Boeing və Lockheed Martin kimi qlobal müdafiə nəhəngləri də daxil olmaqla, alt sistemlərdən və komponentlərdən ibarətdir.
“Fransa da öz növbəsində çoxlu proqram təminatı və elektron avadanlıq idxal edir”, - mənbə bildirib.
Eltun Məmmədov

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
General-mayor Azad Abdullayev yüksək vəzifəyə təyin edildi
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir