Hakimliyə namizədlərə yazılı imtahan keçirilib
İyulun 21-i məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında fasiləsiz seçimi davam etdirilib.
Test imtahanında müvəffəqiyyət qazanmış 167 hakimliyə namizədlə 21 iyul 2024-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda yazılı imtahan keçirilib. Əvvəlcə Hakimlərin Seçki Komitəsi tərəfindən qapalı iclasda yazılı imtahana təqdim edilməli olan cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlanıb. Həmin inşa mövzuları təsdiq edildikdən sonra Hakimlərin Seçki Komitəsinin üzvləri tərəfindən inşa mövzuları kənar şəxslərlə ünsiyyətə yol verməmək şərti ilə imtahan keçirilən auditoriyaya gətirilib. Namizədlər həmin suallar sırasından təsadüfi yolla cinayət və mülki sahəyə aid suallar seçiblər. Seçilmiş inşa mövzuları elan edilib və kazusların işlənilməsi üçün namizədlərə 4 saat vaxt verilib. Namizədlər verilən inşa mövzularını həll edərək müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmalı və onun izahını verməklə, qanunun konsepsiyasını ifadə etməlidirlər.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib. Yazılı imtahanın nəticələri “ikiqat yoxlama” üsulu ilə yaxın zamanda elan olunacaq. Qeyd edək ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir. Növbəti test imtahanı dekabrın 15-də keçiriləcək. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan hüquqşünasları müsabiqədə daha fəal iştiraka dəvət edir.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib