Ölkədə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı varmı?
Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.Talış Dağlıq zonasında 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Hadisə ilə bağlı açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.
"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Biz hesablayırıq ki, nə qədər əsas güc ayrılır. Hesablamaya görə, qalan güc çox azdır. Xırda afterşoklar hesabına boşalmalar gedəcək. Qorxulu nəsə olmayacaq. 6 zəif afteşok olub, yenə davam edəcək. Bunların hesabına boşalma gedəcək. Əhalinin narahatlığına əsas yoxdur", - deyə Q.Yetirmişli əlavə edib.
Qeyd edək ki, yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alınıb.
Qurumdan qeyd edilib ki, zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 09:36
Azərbaycan növbəti zəlzələyə hazırdırmı? Dünyada, demək olar ki, hər gün dağıntılara və insan tələfatına səbəb olan
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
21-12-2025, 15:00
Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi
Populyar Xəbərlər
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü
Yaşla bağlı əzələ zəifliyinin qarşısını alan zülal kəşf edildi
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO