“Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib - VİDEO
Lənkəranda Elm və Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib.
Ulusum.az-ın məlumatına görə, layihə çərçivəsində 11-12 iyun tarixlərində Lənkəran Dövlət Dram Teatrında rejissor Anar Babalının “Haqqın 44 günü” adlı tamaşası nümayiş etdirilib. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində qazanılmış zəfərimizi vəsf edən səhnə əsərində igid oğullarımızın göstərdiyi şücaət əksini tapıb. Layihənin əsas məqsədi uşaqlar və gənclər arasında estetik zövqün formalaşdırılması, onların teatra və incəsənətə olan maraqlarının artırılması və asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran rayon ümumi təhsil müəssisələrində təhsil alan 14-17 yaşlı şagirdlərin iştirakı ilə iki gün olmaqla, 4 seans davam edən tamaşanı ümumilikdə 1200 şagird izləyib.
Eltun Məmmədov

Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA