Bu abidələrin araşdırılmasına ehtiyac var - FOTO EKSKLÜZİV
Salyanın qədim yaşayış massivi olan Babazanlı qəsəbəsində bir-birinə bağlı olduğu deyilən tikililər var ki, illərdir baxımsız qalıb. Sakinlərin dediyinə görə, bu tikililər tarixi abidə olsa da haqqında məlumat çox azdır. Abidənin hündürlüyü 5 metr, divarının qalınlığı təxminən 80 smdir. Sakinlər deyir ki, abidənin hansı məqsədlər üçün istifadə olunmasına dair fərziyyələr də çoxdur. Burada yaşayanların sözlərinə görə, Babazanlı ərazisində 17, 18 və 19-cu əsrlərə aid quyular, ovdanlar, yaşayış yerləri olub və bu gün də mövcuddur. Bu tikililər də çox güman həmin abidə-ansamblına aiddir. İki tikilidən biri isə qəsəbə sakini Ağakərim Zeynalovun həyətyanı sahəsində qorunub saxlanılır. Abidənin ətrafında olan böyük quyunun üzərində 4 ədəd kiçik günbəz şimal, cənub, şərq, qərb cəhətlərini simvolizə edildiyini deyirlər. Hər iki tarixi abidənin giriş qapısı şərq üslubunda inşa olunub. O da iddia olunur ki, abidələr arasında yeraltı yol mövcud olub və bu tunel Kür çayını keçməklə Salyan şəhərinə qədər uzanıb.Tarixçilərin sözlərinə görə Babazanlı ərazisində araşdırılmayan bu cür tarixi abidələr çoxdur. Bu da ərazinin qədimliyinin göstəricisidir. Onlar hesab edir ki, bu cür abidələr tapılmalı və tədqiq edilməlidir. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətini Salyan Reional İdarəsi ilə əlaqə saxladıq. İdarədən şifahi olaraq bildirildi ki, artıq tikililərdən nümunələr götürülüb və araşdırılması üçün işlərə başlanılıb.
Eltun Məmmədov




Eltun Məmmədov





Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 15:00
Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Sağlamlıq
Dünən, 14:00
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO
