Dünən, 15:00 0 Cəmiyyət / Köşə

Mühüd – Qazağın ən yüksək zirvəsi, Göyəzən onun kölgəsi

Mühüd – Qazağın ən yüksək zirvəsi, Göyəzən onun kölgəsi
Seymur Atilla, ehtiyatda olan kapitan
Bu mövzu haqqında ilk dəfədir yazıram. Heç zaman heç kimə danışmadığım bir xatirədir.


Mühüd – Qazağın ən yüksək zirvəsi, Göyəzən onun kölgəsi


Keçmiş XTQ komandanı, hazırda Quru Qoşunları Komandanı olan general-leytenant Hikmət Mirzəyev haqqında kitab yazmağa başlamışdım. Bu haqda ilk dəfə vaxtilə sərhədlərin delimitasiyası dövrü sərəncamına verildiyim, sonradan dostum olan Vətən müharibəsi qəhrəmanı, Şuşaya daxil olan üç taborun birinin komandiri mayor Saleh Həsənova dedim. Saleh: “Gəl Sumqayıta görüşək,” – dedi. Getdim…

Sağ olsun, öz maşını ilə gəlib qarşıladı, məni dostlarının və silahdaşlarının olduğu məclisə apardı. Salehə dedim ki, belə bir kitab yazıram. Güldü. Əvvəl inanmadı. Sonra Hikmət Mirzəyevin qardaşı oğluna zəng edib dedi ki, “komandana kitab yazan bir adam var”. O da inanmadı. Nə isə… bütün inanmayanlara rəğmən həmin kitabı yazdım, öz hesabıma çap etdirdim. Beş nüsxəsini Faiq Mirzəyevə göndərdim ki: “Mənim adımdan Komandana təqdim edin.”

O vaxt Bakıda məzuniyyətdə idim. Məzuniyyətim bitən gün tanımadığım bir nömrə zəng etdi: “Komandan sizinlə görüşmək istəyir”, – dedilər.
Ayrımlığım tutdu, dedim: “Məzuniyyətim bitir, bu gün Laçına qayıdıram.” Ardınca öz komandirim zəng etdi: “Məzuniyyətin artırılıb. Bizi zülmə salma, dəvət olunduğun yerə mütləq get, sonra qayıdarsan.”

İki saat sonra yenə eyni nömrə zəng etdi.

“Sizə dediyimiz ünvana gəlin. Qarşılayacaqlar.”

Gedib çatdım. Məxfilik baxımından ərazini qeyd etmirəm.
Məni elə bir XTQ əməkdaşı qarşıladı ki, düşündüm: İlahi, ana da belə oğul doğarmı? Dağ boyda, ədəb-ərkanlı bir oğul. “Buyurun, zəhmət olmasa”, – deyib qərargaha yönləndirdi. Əsas nəzarət-buraxılış məntəqəsində “Komandanın şəxsi qonağıdır” – deyə işarə etdi. Hərbi qaydalara uyğun olaraq telefonumu nəzarətçiyə təhvil verdim. Əslində məndən almaq istəmirdilər də.

Qərargah binasına qalxdıq. Bu dəfə Komandanın köməkçisi eyni hörmətlə qarşılayıb görüş otağına apardı: “Buyurun, zəhmət olmasa gözləyin. Komandan birazdan gələcək.”
Həmin mərtəbədə sanki həyat dayanmışdı. Səssizlik… Sükut… 5 dəqiqə sonra dəhlizdən elə bir ayaq səsi gəldi ki, hər kəs bir anda buz kəsildi.
O vaxt Bakıda məzuniyyətdə idim. Məzuniyyətim bitən gün tanımadığım bir nömrə zəng etdi: “
Hikmət paşa içəri daxil oldu.O vaxt Bakıda məzuniyyətdə idim. Məzuniyyətim bitən gün tanımadığım bir nömrə zəng etdi: “
Əlini uzatdı. Mən zabit olduğum üçün, mülki geyimdə olsam da fərəqət komandasında özümü təqdim etdim. Qucaqladı, boynuma sarıldı:

[b]—
Xoş gəlmisən. Buyur, otur.

Qarşımda canlı bir əfsanə vardı. Otaqda hər şey hazır idi. Masada bütün xırdalıqlar düşünülmüşdü. “Rahat ol, çay süz. Çəkinmə məndən,” – dedi, sadə, amma özünəxas ərk ilə. Məndə isə sevinc və həyəcan bir-birinə qarışmışdı. Çayımızı qəbul otağının əməkdaşı süzdü. (Bu qismi gizli saxlamalıyam.)

Komandan diqqətlə mənə baxırdı. Kitabı vərəqləməyə başladı.

Birdən başını qaldırıb dedi:

— Bilirsən, sənin haqqında mənə deyilənlərə əvvəl inanmadım. Amma sən bunun əksini sübut etdin. Məni elə təsvir etmisən ki, özüm də oxuyanda təəccübləndim. Çox adam mənimlə görüşmək istəyir, amma mən səni tanımaq istədim. Sən maraqlı və bir az da sirli biri idin mənim üçün.

Bunları mənə həyatı və xidməti sirrlərlə dolu bir general deyirdi.
Müharibədən, antiterror əməliyyatlarından danışdıq. “Bir istəyin varmı?” – soruşanda “Xeyr, yoxdur. Təmənnasız yazmışam. Qəbul etdiyiniz üçün təşəkkür edirəm,” – dedim. Gülümsədi: “Çay iç, rahat ol,” – deyə işarə etdi.

Söhbət ədəbiyyata çevriləndə birdən mənə baxıb soruşdu:

Sən Mühüdün yerlisisən, hə?

Bəli, cənab komandan, əslən Qazaxdanam.

Bu kitabı ancaq bir qazaxlı yaza bilərdi, – deyib gülümsədi.

Tanıyırdın Mühüdü?

Bəli, cənab komandan. Sağlığında tanıyırdım.

General dərindən köks ötürdü:

Mənim qədər tanıya bilməzsən…

O anın baxışlarını təsvir etmək çətindir – həm kədər, həm qürur bir yerdə idi.

Bir neçə dəqiqəlik sükutdan sonra dedi:

Mühüd Orucov, Pəncəli Teymurov, Samid İmanov, Murad Mirzəyev… onlar XTQ-nin döyünən ürəyi idilər. Əfsanəvi döyüşçülərimiz.

Mən isə Mühüd haqqında daha çox bilmək istəyirdim. Bir az nəfəs alıb dedim:

Cənab komandan, siz də razılaşarsınız ki, Mühüd sağ olsaydı, bu döyüşlərdə böyük nəticələri olardı.

General bir anlığa əlini süfrədən çəkib dedi:

Şuşaya daxil olan üç XTQ taborundan birinin komandiri olacaqdı. Ona döyüş tapşırığı ver, bütün rabitəni söndür – bil ki, əsla ələ keçməyəcək. Onlar son damla qanlarınacan vuruşar, son gülləni özlərinə sıxardılar.

Mən ümidlə dedim:

İnşallah Vətən belə igidləri yenə yetişdirəcək. Qazaxdan yenə Mühüdün davamçıları olacaq.

General başını qaldırıb qətiyyətlə:
— Amma Qazaxdan ikinci bir Mühüd olmayacaq.

Otağa böyük bir sükut çökmüşdü. Ayağa qalxıb məni bərk-bərk qucaqladı:

— Başqa bir zamanda, başqa bir yerdə yenə görüşək…

Gəldiyim kimi hörmət və izzətlə yola saldılar. O gün hərbidən, ədəbiyyatdan, döyüş strategiyalarından danışdıq, amma Mühüd haqqında dedikləri bu gün də yaddaşımdandır silinmir.

Sonralar Mühüdü tanıyan döyüşçülərlə də danışdım. Onlar: “Mühüd bir əməliyyatda varsa, o əməliyyat mütləq bizim xeyrimizə bitəcək. Düşmən onu heç vaxt canlı ələ keçirə bilməzdi. Çünki orada Mühüd var idi. Kəşfiyyatın əfsanəvi ‘Mixaylosu’.” deyirdilər.

Bu adların hər biri bizim qürurumuzdur.

Qürur və hörmətlə!
Ulusum.az /R.Daşdəmirova


Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.