Afrikada çətin vəziyyət - 4200-dən çox insan vəbadan öldü
ÜST bu il Afrika qitəsində baş verən vəba epidemiyasında indiyədək 4200-dən çox insanın öldüyünü açıqlayıb.
Ulusum.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Afrika qitəsində vəba epidemiyası nəticəsində 4200-dən çox insanın vəfat etdiyini açıqlayıb.
Vəba çirklənmiş su və qida vasitəsilə yayılan bakterial infeksiyadır və su-gigiyena şəraitinin zəif olduğu yerlərdə ciddi təhlükə yaradır.
ÜST-nin Afrika Regional Ofisinin müvəqqəti direktoru Patrick Abok bildirib ki, bu il 23 ölkədə 190 000-dən çox vəba hadisəsi qeydə alınıb, 16 ölkədə epidemiyalar davam edir.
ÜST vəba müalicə mərkəzlərini dəstəkləyir, peyvənd kampaniyaları aparır və bu il 15 milyon dozadan çox vaksin tətbiq edilib.
Abok həmçinin Çad, Sudan, Efiopiya və Konqo Demokratik Respublikasında pis sanitariya və daşqınlar səbəbindən yoluxmaların sürətlə artdığını vurğulayıb.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
