Naxçıvanda müəllimə məktəbdə vəfat etdi
Təcrübəli pedaqoqun qəfil ölümü məktəb kollektivini və ictimaiyyəti sarsıtdı. Naxçıvanda baş verən faciəvi hadisə hər kəsi sarsıdıb
Ulusum.az-a bölgədən daxil olan məlumata görə, hadisə 17 saylı məktəbdə baş verib
Naxçıvanda yerləşən 17 saylı ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 21 illik pedaqoji təcrübəyə malik Qıvamiə Kamil qızı dərs zamanı qəfildən halını itirib.
Müəllimənin yıxılarkən baş nahiyəsinə ciddi zərbə alması nəticəsində beynində qan sızması baş verib.
Təəssüf ki, həkim müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə məktəb kollektivi və şagirdlər arasında dərin kədər yaradıb. Allah rəhmət eləsin.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
