139 ÖLKƏ ARASINDA 129-CU YER... - Nazirliyin “əla nəticəsi” budur?
Osman Gündüz: “Azərbaycan innovasiya ekosisteminin bu iki kritik sahəsində dünyanın ən son sıralarında qərarlaşıb”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz investisiya forumundakı çıxışında ölkəmizlə bağlı beynəlxalq hesabatlarda əks olunan göstəricilərlə verilən bəyanatlar arasında ciddi ziddiyyətlər olduğunu bildirib.
Qlobal İnnovasiya İndeksində Azərbaycanın “biliklərin yayılması” (knowledge diffusion) və “biliklərin mənimsənilməsi” (knowledge absorption) sahələri üzrə zəif nəticə göstərməsi diqqət çəkir. Son iki ilin nəticələrinə əsasən, Azərbaycan bu sahələrdə dünyada ən aşağı sıralarda qərarlaşıb.
“Knowledge diffusion” üzrə Azərbaycanın göstəriciləri:
- 2024-cü ildə 119-cu yer, 2025-ci ildə isə 129-cu yer (139 ölkə arasında);
- Yüksək texnologiyalı ixracdan gəlir — sıfır səviyyəsində;
- Yüksək texnologiyalı məhsulların ixracı üzrə — 116-cı yer;
- İKT xidmətlərinin ixracı üzrə — 108-ci yer.
Osman Gündüz qeyd edib ki, ölkəyə xarici innovativ sərmayə axınının azalması, bilik və texnologiya ixracını əngəlləyir. Ekspert qərarverici qurumları vəziyyəti düzgün qiymətləndirməyə və bu sahədə təcili, effektiv tədbirlər görməyə çağırıb.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
