“Könül Dəftərim” sənədli filmi – sözə dəyər verənlər üçün yeni görüş platforması Tezliklə
Məqsədimiz təkcə bir sənədli film təqdim etmək deyil – biz insanları yaradıcı düşüncəyə, poeziyaya və mənəvi zənginliyə sövq edən bir görüş məkanına çağırırıq. “Könül Dəftərim” sənədli filmi bu baxımdan dəyərli bir təşəbbüsdür. Film, tanınmış şair İbrahim İlyaslının poetik dünyasını, sözə yanaşmasını, sevgiyə və insanlığa verdiyi mənanı tamaşaçıya yaxınlaşdırır.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsədimiz insanlara öz asudə vaxtlarını daha səmərəli və maarifləndirici şəkildə keçirmək imkanı yaratmaqdır. Poeziya ilə nəfəs almaq, bir-birindən dəyərli şeirlərlə ruhu dincləşdirmək və yaradıcı insanlarla bir arada olmaq — bütün bunlar həm estetik zövq formalaşdırır, həm də ictimai şüura müsbət təsir göstərir.
Biz arzulayırıq ki, bu tip tədbirlərə maraq artsın, sözün, şeirin, ədəbiyyatın nüfuzu cəmiyyətin müxtəlif təbəqələrində yenidən öz yerini tapsın. İlk hədəfimiz İbrahim İlyaslının ruhunu daşıyan, yalnız sevgililərə deyil, bütün insanlara ünvanlanan “Necəsən?” sualı ilə hamının qəlbinə toxunmaqdır.
Sözə, sənətə və ruhani zənginliyə dəyər verən hər kəsi bu platformada görməkdən məmnun olarıq. Tezliklə — YouTube kanalımızda.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
