“Akademik Yusuf Məmmədəliyev: Elm, İrs və İnnovasiyalar Konfransı” keçiriləcək
Akademik Yusuf Məmmədəliyevin anadan olmasının 120 illiyi münasibətilə 3–4 dekabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində “Akademik Yusuf Məmmədəliyev: Elm, İrs və İnnovasiyalar Konfransı” təşkil olunacaq.

Tədbir Elm və Təhsil Nazirliyi, AMEA, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Akademik Yusuf Məmmədəliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək.
Konfransın məqsədi neft emalı və neft-kimya sahəsində mövcud problemləri müzakirə etmək, yeni texnologiyalar və ekoloji həlləri təqdim etməkdir. Tədbirdə kataliz, nanotexnologiyalar, nanomateriallar və digər aktual mövzularda elmi çıxışlar dinləniləcək.
İngilis dilində məqalələrin qəbulu 15 noyabr 2025-ə qədər davam edir. Məqalələr [email protected] ünvanına göndərilməlidir. Kollaborativ tədqiqatlara üstünlük veriləcək, seçilmiş məqalələr beynəlxalq bazalarda indeksləşdiriləcək.
R.Daşdəmirova
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
