206 saylı marşrut xətti sərnişinləri bezdirib
Bakıda 206 saylı marşrut xətti sərnişinləri bezdirib – Avtobuslar yararsız, intervallar uzun. Lökbatan sakinləri 206 nömrəli avtobus marşrutundan narazıdır
Ulusum.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri Oxu.az vasitəsilə 206 nömrəli marşrut xəttində fəaliyyət göstərən avtobusların bərbad və istismara yararsız vəziyyətdə olmasından narazılıqlarını bildiriblər. Sərnişinlərin sözlərinə görə, bu xətt üzrə işləyən avtobusların əksəriyyəti texniki və sanitar baxımdan tələblərə cavab vermir.
Tavanlarda deşiklər var, yağışlı havalarda içəri su tökülür. Oturacaqlar köhnəlib, bəzilərində ümumiyyətlə oturacaq yoxdur. Şüşələr çirkli olduğundan içəridən çöl görünmür. Bəzən sərnişinlər dayanacaqda 40-50 dəqiqə gözləməli olurlar.
Gələn avtobuslar isə çox dolu olduğundan minmək müşkülə çevrilir. AYNA bildirib ki, xəttin daşıyıcısı ilə müqavilə müddəti başa çatıb və marşrut müsabiqəyə çıxarılıb. Lakin iştirakçı olmadığından xətt müvəqqəti olaraq əvvəlki daşıyıcının istifadəsində saxlanılıb.
My Webpage
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Yunus Oğuz: “8 Noyabr yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfər Günüdür”
Masturbasiya: Zərərli, yoxsa Faydalı? – Androloq Azər Mirzəyev
Şair-qiraətçi Müşfiqə Baləddin "Atam nə vaxt gələcək?"... VİDEO
Mətbuat Şurası Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
8 Noyabr — Zəfər Günüdür!
