Yeni teatr mövsümünün açılış mərasimi keçirilib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 153-cü teatr mövsümünün açılış mərasimi keçirilib.

Yeni teatr mövsümünün açılış mərasimi Ulu Öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə mədəni irsimizin qorunması və inkişafı sahəsində Heydər Əliyev, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri vurğulanıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək teatrların cəmiyyətin mənəvi həyatındakı rolundan danışıb.

Bədii hissədə Xalq artisti Azər Zeynalov, “Kaman” rəqs qrupu, Aynur İsgəndərli və Bəyimxanım Vəliyeva səhnəyə çıxıblar.

Sonda ölkədə fəaliyyət göstərən teatrların aktyorları repertuardan seçilmiş səhnələri təqdim ediblər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
