Qusar rayonunda notariat seminarı keçirilib
Qusar rayonunda notariat seminarı keçirilib
2025-ci il iyulun 5-də Qusar rayonunda Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə "Hüquqi şəxslərin iştirakı ilə aparılan notariat hərəkətlərinin xüsusiyyətləri" mövzusunda regional seminar keçirilib.
Tədbirdə hüquqi şəxslərlə bağlı notariat əməliyyatlarının hüquqi çərçivəsi və praktiki məsələləri müzakirə olunub.
Seminarda Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin böyük məsləhətçisi Müşfiq Cəfərov və digər mütəxəssislər çıxış edərək, hüquqi şəxslərin təsis paylarının özgəninkiləşdirilməsi, benefisiar mülkiyyətçinin müəyyən edilməsi və aktivlərin qiymətləndirilməsi kimi mövzularda təqdimatlar ediblər.
Seminar hibrid formatda təşkil olunub və 140-a yaxın notariusun iştirakı ilə keçirilib.
Tədbir zamanı notariat əməliyyatlarının təkmilləşdirilməsi və hüquqi çərçivənin inkişafı ilə bağlı təkliflər irəli sürülüb.
R.İkramlı
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Bu gün, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Bu gün, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib
