BDYPİ sürücülərə xatırlatma edib

Təəssüflə bildiririk ki, son vaxtlar bəzi sürücülər tərəfindən sərnişin daşıma qaydalarının kobud şəkildə pozulması hallarına tez-tez rast gəlinir.
Bu barədə Daxili İşlər Nazirliyinin sürücülərə avtomobillərdə sərnişin və xüsusilə uşaqların daşınması qaydaları ilə bağlı xatırlatmasında qeyd olunub.
Müraciətdə bildirilir ki, hərəkətdə olan avtomobildə sərnişinlərin, xüsusilə uşaqların avtomobilin lyukundan, yaxud pəncərəsindən qollarını, başlarını və ya ayaqüstə duraraq bədənlərini çölə çıxarması çox təhlükəlidir. Bu cür davranışlar nəin ki sürücünün və sərnişinin həyatını riskə atır, həm də digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə yaradır. Avtomobil qəzası zamanı təhlükəsizlik kəmərindən, uşaq oturacağından istifadə olunmadıqda ağır nəticələr qaçılmaz olur və bu hal mövcud qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır.
“Unutmayın! Sürücülər sərnişinlərin, xüsusilə uşaqların təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyırlar. Hərəkətə başlamazdan əvvəl avtomobildə hər kəsin təhlükəsizlik kəmərini bağladığından əmin olmalıyıq. Eyni zamanda, azyaşlı uşaqlar çəkilərinə uyğun uşaq oturacağında daşınmalıdır. Yadda saxlayın! Hərəkətdə olan avtomobilin salonunda ayaqüstə durmaq, lyukdan və ya pəncərədən bədənimizi çıxarmaq qadağandır.
Hörmətli yol hərəkəti iştirakçıları!
Yol hərəkəti təhlükəsizliyi hər birimizin ümumi məsuliyyətidir. Bir neçə saniyəlik diqqətsizlik, qaydalara riayət etməmək, ölçüyəgəlməz faciələrlə nəticələnə bilər. Həyatınızı və sevdiklərinizi qorumaq üçün hər zaman məsuliyyətli olaq, qaydalara əməl edək”, -xatırlatmada diqqətə çatdırılıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 15:00
MAQATE Suriyada uran izləri aşkar etdi
Hadisə
Bu gün, 14:00
Masazırda dəhşətli yanğın: 2 nəfər həlak oldu - VİDEO
Dünya
Bu gün, 13:56
Meksika prezidenti ABŞ-a tabe olmağı rədd etdi
İdman
Bu gün, 13:00
“Fənərbaxça” Asensio transferini elan etdi
Maraqlı
Bu gün, 11:00
Telefon sevgini soyudurmu?
Populyar Xəbərlər
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
“Zəngin ata” müəllifindən uğur formulu: idarə et, öyrən, risk et
Qatı, ətirli və acılı badımcan İKRASI
Rusiyanın yeni hücumu Ukraynanı yasa boğdu
ABŞ Rusiyanı Ukrayna ilə sülh danışıqlarına çağırdı
Ukrayna hökuməti sərhəd dəyişikliklərini hərbçilərlə razılaşdırdı