“Bal Badem” artıq yoxdur - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən verilən xəbərə görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- obyektin elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;
- pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;
- obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;
- elektrik lövhələri olan otaq "Yanğın təhlükəsizliyi qaydaları"nın tələblərinə uyğun saxlanılmır;
- köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində "Çıxış" sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;
- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;
- insanların və qiymətli əşyaların köçürülməsi üçün "Köçürmə planı" işlənib hazırlanmayıb;
- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən "Bal Badem" şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 20:30
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Sağlamlıq
Bu gün, 20:00
Daimi yorğunluğun günahkarı əslində nədir? - FOTO
Sağlamlıq
Bu gün, 19:00
Ana südünə ən yaxın süd hansıdır? - FOTO
Dünya
Bu gün, 18:30
ABŞ–Tayvan görüşü niyə gizli saxlanıldı?
Mətbəx
Bu gün, 17:00
Cəmi 90 kkal — ətri ilə evinizi isidəcək kəsmikli alma
Cəmiyyət
Bu gün, 15:30
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
Dünya
Bu gün, 14:30
Mətbuat kralın səhhətindən yazır: əsa ilə gəzən monarx
Populyar Xəbərlər
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq
Qatı, ətirli və acılı badımcan İKRASI
“NEFTİN SUVERENLİK YOLUNDA ROLU” mövzusunda müsabiqə və incəsənət SƏRGİSİ
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO