Direktor qalmaqalından sonra məktəb rəhbərsiz qaldı
Bakıda yerləşən məktəblərdən birində direktor vəzifəsi artıq bir ildən çoxdur ki, vakantdır.
E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin direktor vəzifəsini Ağayev Emil Şamil oğlu müvəqqəti icra edir.
Bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təsdiqləyib.
O bildirib ki, internat məktəbində 2024-cü ilin aprel ayından etibarən E. Ağayev tərəfindən təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir.
Məktəbə niyə yeni direktorun təyin olunmadığı barədə isə hər hansı məlumat verilməyib.
Qeyd edək ki, 6 nömrəli məktəbin direktor vəzifəsini 2017-dən 2023-cü ilədək Yaqut Müseyibli icra edib.
Xatırladaq ki, yayılan səs yazısında “Son zəng” üçün pul yığılmasını tələb edən Y. Müseyibli bir neçə gün əvvəl 207 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilib. (Metbuat.az)

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!