Azərbaycan Dövlət Kukla Teatrında Unikal “Meksika kuklaları” Sərgisi - FOTO
Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərgi açılıb. Sərginin açılışında çıxış edən Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero bu layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirib.

Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını və Meksikanın qədim tarixi və simvolikasını kuklalar vasitəsilə təqdim etməyin maraqlı təcrübə olduğunu bildirib.

Sərgidə döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb.

Teatrın mətbuat katibi Həmidə Rüstəmova kukla teatrının xalqların mədəni irsinin qorunmasında mühüm rol oynadığını vurğulayıb.

Milli Məclisin deputatı, Azərbaycan - Meksika parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva sərginin ölkələrarası mədəni əməkdaşlığa xidmət etdiyini qeyd edib.

Tədbir çərçivəsində məktəblilər Meksika mədəniyyətinə uyğun rəqs nümunələri göstəriblər. Sonda qonaqlar sərgi ilə tanış olublar.

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!