Xalq artisti Aygün Səmədzadəyə vəzifə verildi
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Aygün Səmədzadə, 200-dən artıq mahnının müəllifi olaraq bir çox tanınmış müğənnilərin repertuarında özünəməxsus yer tutan bəstəkar kimi tanınır.

O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…" və Stefan Sveyqin "Yad qadının məktubu" kimi məşhur tamaşalar, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" filmləri üçün də musiqi bəstələyib.

Yaradıcılığı yüksək qiymətləndirilən sənətkar, 2011-ci ildə "Əməkdar incəsənət xadimi", 2018-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Aygün Səmədzadə Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızıdır.

"Ulusum.".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox