BDYPİ kənd təsərrüfatı texnikalarının avtomagistrallarda hərəkətinə dair açıqlama yayıb
Son vaxtlar kənd təsərrüfatı texnikalarının avtomagistrallarda, eləcə də 5.3 “Avtomobil üçün yol” nişanı ilə işarələnmiş yollarda idarə edilməsi hallarına tez-tez rast gəlinir. Qeyd olunmalıdır ki, bu kateqoriyadan olan yollar yalnız müəyyən texniki göstəricilərə malik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuşdur.
Konstruktiv xüsusiyyətlərinə görə saatda 50 kilometrdən az sürət yığa bilən, aqrar təyinatlı nəqliyyat vasitələrinin belə yollar üzrə hərəkəti qanunvericiliklə qadağandır.
Bu cür halların yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını nəzərə alaraq, kənd təsərrüfatı texnikalarının yalnız icazə verilmiş yollarla hərəkət etməsi və ya xüsusi nəqliyyat vasitələri ilə daşınması tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə, texniki göstəricilərinə görə avtomagistrallarda hərəkəti qadağan olunmuş nəqliyyat vasitələrini bu yollarla idarə etməməyə çağırır. Aşkarlanacaq hüquq pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.
✍"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib