Bu gün şəhidliyə qovuşan bir qəhrəmanın – Albert Aqarunovun anım günüdür
25 aprel 1969-cu ildə Bakıda dünyaya göz açan Albert, uşaqlıqdan zəhmətkeş, sadə və vətənpərvər bir yol seçdi. Suraxanının dar küçələrində böyüyən bu oğul, bir gün Şuşa dağlarında əfsanəyə çevriləcəkdi – özü də tankla, özü də ürəklə!
Hərbi xidmətini Gürcüstanda tank komandiri kimi başa vurduqdan sonra o, doğma Bakıya dönür, amma qəlbi vətən deyə döyünür. 1992-ci ildə torpaqlarımıza göz dikən erməni işğalçılarına qarşı könüllü cəbhəyə yollanır. Onun tankı, elə özü kimi mərd, sərrast və qorxusuz idi.
Şuşa uğrunda döyüşlərdə Albert Aqarunov tankla düşmənə od yağdırdı. Hər gülləsi bir qisas, hər addımı bir salnamə idi. Və o, 8 may səhəri – Şuşanın qara taleyə yazıldığı gün – şəhidlik zirvəsinə ucaldı. Snayper gülləsi onu aldı, amma əfsanəsini silə bilmədi!
Albertin igidliyi təkcə döyüş meydanında deyil, xalqın yaddaşında da yaşayır. Şəhidlər xiyabanında uyuyur, məktəblərdə adı çəkilir, küçələrdə heykəli dayanır... və hər Azərbaycanlının qəlbində bir qəhrəman kimi yaşayır.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa
Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI