Vətən Uğrunda Şəhid Olmuş Qəhrəman: İlqar Mirzəyev
Əsrlər boyu xalqımızı yaşadan, ona dirilik verən, düşmən qarşısında əyilməyə qoymayan igid oğullar, vətənpərvər cəngavərlər olub.
Torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canını fəda edən belə qəhrəmanlardan biri də hər bir azərbaycanlının qürurla andığı, igidlik simvoluna çevrilmiş İlqar Mirzəyevdir.
İlqar Anzor oğlu Mirzəyev 8 may 1973-cü ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. 1995-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirərək Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Müxtəlif vəzifələrdə çalışaraq, yüksək peşəkarlığı və hərbi hazırlığı ilə seçilib. Cəbhədə və arxa cəbhədə nümunəvi xidməti ilə seçilən İlqar Mirzəyev, vətənə sədaqət nümunəsi idi.
2003–2005-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etdirərək, artilleriya sahəsində dərin biliklər əldə edib. 2019-cu ildə 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsinə təyin olunması onun peşəkarlığının və etimadın göstəricisi idi. 2020-ci ilin iyulunda Tovuz döyüşlərində ön xəttə gedərək əsgərləri ilə birlikdə qəhrəmancasına şəhid olub.
O, 30 il düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda can verən cəngavərlərin rəmzidir. İlqar Mirzəyev kimi oğullarımızın fədakarlığı, qazilərimizin yarıcanlığı və onları vətənpərvər ruhda böyüdən ailələrin əməyi bu böyük Zəfərin əsasını qoydu. 2020-ci ildə qazanılan möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, xalqımızın birliyi və qəhrəman hərbçilərimizin misilsiz şücaəti sayəsində mümkün oldu.
Azərbaycanın qalibiyyət salnaməsini yazan qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, onların göstərdiyi yolun daim yaşar olacağına inanırıq.
✍"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
---
Dünən, 18:08
2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olundu
Populyar Xəbərlər
Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO
Azərbaycan–Özbəkistan rəssamlarının dostluq sərgisi
Ağstafada tanınmış rəssam Nəvai Mətinin 60 illik yubileyi böyük təntənə ilə keçirildi
Universitetdə tələbə müəllimə bıçaqla hücum etdi – cinayət işi açıldı VİDEO
“Könül dəftərim” – səssiz qalan sənətə səs verən sənədli film layihəsi
"Sevginin vətəni yoxdur" tamaşası teatrsevərlərlə görüşdü