Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Bu gün Azərbaycan səhnəsinin gur işıqlarından biri — Xalq artisti Fuad Poladovun anım günüdür. Onun dünyasını dəyişməsindən 7 il ötür. Amma yaratdığı obrazlar, səhnədəki duruşu, baxışındakı dərinlik və səsindəki titrək sənət eşqi yaddaşlardan silinmir.
1948-ci ilin mayında Bakıda doğulan Fuad Poladov hələ gəncliyindən böyük sənətin astanasına qədəm qoydu. "İstintaq davam edir" filmindəki Səlim rolu ilə başlayan aktyor yolçuluğu onu həm teatrın, həm də kinonun unudulmaz adlarından birinə çevirdi. Gənc yaşında səhnəyə çıxdı, Savalan obrazı ilə alqış qazandı, sonra isə bu alqışlar bir ömür sürdü.

Akademik Milli Dram Teatrı və daha sonra Rus Dram Teatrındakı parlaq rolları, eləcə də “Əlvida, cənub şəhəri”, “Dolu”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi filmlərdə yaratdığı dərin və emosional obrazlarla sənətə imzasını qızıl hərflərlə yazdı.

Fuad müəllim sonda səsindən ayrıldı, amma səsi onsuz da yaddaşımızda idi — susaraq da danışmağı bacaran nadir aktyorlardan biri idi. Uzun mübarizədən sonra 2018-ci ilin mayında, bu gün, səssizcə bizə əl sallayıb getdi. Ruhun şad olsun, sənətkar!
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu