İnsan alverində gender xüsusiyyətləri mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən “İnsan alverində gender xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Təlimdə insan alveri anlayışı, onunla mübarizə yolları və qarşısının alınması ilə bağlı əsas prinsiplər barədə ətraflı məlumat verilib. Qanunvericilik bazası və insan alverinə qarşı mübarizə aparan dövlət orqanlarının fəaliyyəti də diqqətə çatdırılıb. Həmçinin insan alveri qurbanları üçün sığınacaqlar və onların cəmiyyətə reinteqrasiyası məsələləri müzakirə olunub.
Təlim Dövlət Miqrasiya Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbir interaktiv formatda keçirilərək iştirakçıların sualları cavablandırılıb.

✍️ "Ulusum"az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO